“Şuşada məktəb inşa etdirməklə bağlı anlaşılmazlıq yarandı”

image-fazilbackend

“MHP rəhbəri Dövlət Baxçalının Şuşada məktəb inşa etdirmək təşəbbüsüylə bağlı müəyyən anlaşılmazlıq yarandı. Bundan sonra bir sıra şəxs Türkiyə-Azərbaycan münasibətlərinə spekulyasiya salmağa çalışdılar. Ancaq cəmiyyətimiz kiçik incikliyə belə gündəmə gətirməyə imkan verməməlidir”.

Busaat.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.

“MHP rəhbəri tərəfindən fikir səsləndirildi ki, məktəb inşa olunmayacaq, yığılan pullar geri qaytarılacaq. Hikmət Hacıyev isə açıqlama verərək bildirdi ki, məktəbin açılışı olacaq. Biz münasibətlərimizi elə inkişaf etdirməliyik ki, başqa qüvvələr bura müdaxil edə bilməsin.

Vətən Müharibəsində də gördük ki, Azərbaycanın birinci dostu Türkiyədir. Həmçinin Qarabağda Türkiyə şirkətlərinə quruculuq işlərində öncülllük verilməldiir. Buna hər hansı maneə törədən məmurlar, ünsürlər aşkara çıxarılmalıdır”, – deyə qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90