Tanınmış aktyor təcili tibbi yardım maşınında vəfat etdi – FOTO

image-xestexanabackend

Məşhur aktyor Köksal Engür vəfat edib.

Busaat.az BAKU.WS-ə istinadən xəbər verir ki, ötən gün səhhəti pisləşən Köksal onun üçün çağırılan təcili tibbi yardım maşınında dünyasını dəyişib. Engür Göztepe Medikal Park xəstəxanasına çatdırılanda artıq onun orqanizminin funksiyasının dayandırdığı məlum olub.

Bu barədə aktyorun yaxın dostu Cengiz Bozkurt məlumat yayıb. 76 yaşlı Engürün uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.

Aktyor bu gün Karacaahmet qəbirstanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Köksal Engür sonuncu dəfə “Leyla ile Mecnun” serialının 4-cü mövsümündə rol almışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90