Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Tatlısəsin ürəyinə stend qoyuldu

image-11-yil-sonra-bir-ilk-ibrahim-tatlises-ibo-show-da-duyurdu_1618128447

Uzun müddətdən sonra “İbo Şou” ilə ekranlara qayıdan Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəs əməliyyat olunub.

Busaat.az  xəbər verir ki, sənətçiyə ötən həftə ateroskleroz (arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ proses – red.) diaqnozu qoyulub.

İllər əvvəl silahlı hücum nəticəsində sağlamlıq problemləri ilə mübarizə aparan ifaçı Maltepe Universiteti Tibb Fakültəsi Xəstəxanasında əməliyyat edilib.

İctimaiyyətdən gizli saxlanılan cərrahi müdaxilə zamanı Tatlısəsin ürəyinə stend qoyulub.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul