Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
18°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

TƏBİB: Yol qəzasında amputasiya diaqnozu qoyulan tanınmış blogerə zəruri tibbi xidmətlər göstərilir

image-nikosayagi-qeza
Nikosayağı qəza

Bakıda ağır yol qəzasında xəsarət alan və amputasiya diaqnozu qoyulan tanınmış bloger Nicat Şakirliyə zəruri tibbi xidmətlər göstərilir.

Bu barədə Busaat.az-a TƏBİB-dən bildirilib.

Belə ki, saat 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Qəza nəticəsində 1 həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul