“Qarabağ probleminin həlli əsasən döyüş meydanındadır. Bu, hamımıza açıq olan bir həqiqətdir”.
Busaat.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan parlamentdə bəyan edib.
“Tezliklə baş verəcək uğurumuzdan asılı olaraq hər şey əhəmiyyətli dərəcədə dəyişəcək. Bizim əvəzimizə kiminsə torpağımız üçün mübarizə aparacağını ümid etmək dağıdıcı düşüncədir. Torpağımızı qorumalı və varlığımız üçün mübarizə aparmalıyıq”, – dey Köçəryan onu da bildirib ki, erməni tərəfi qonşularından və müttəfiqlərindən maksimum yardım almağa çalışmalıdır.