“TIR”larla gəlin gətirməyə gedənlər saxlanıldı – VİDEO

image-4195dc94-7da7-41c8-82a9-e533871ec219backend

Lənkəranda “TIR”larla toy karvanı təşkil edən sürücülər saxlanılıb.

Busaat.az xəbər verir ki, rayonun Narbağı kəndində keçirilən toy məclislərindən birində bəyin atası və tanışlarının idarə etdikləri “TIR”larla toy karvanı təşkil etmələrinin görüntüləri sosail şəbəkələrdə yayılıb.

Onların yük avtomobilləri ilə Lənkəran – Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etmələri, yolda hərəkəti çətinləşdirdikləri bildirilib. Həmin nəqliyyat vasitələri yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal həmin toy karvanında olan sözügedən nəqliyyat vasitələri və sürücülər müəyyən edilib: “Həmin nəqliyyat vasitələrinin sürücüləri Lənkəran ŞRPŞ-yə dəvət edilib və hər biri barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb”.

 

0566b3ee d9a1 484c 8b51 700e259308b6
ca6f47a3 893f 4f26 8fb6 bec5375670a6
2631a4e0 da5b 4dbe b23d bb302abc0fb2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki