Torpaq bazarında qiymət artımı davam edir

image-16jpg-1751478417backend

Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam edir.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatda bu barədə məlumat verilib.

Hesabata əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə paytaxtda torpaq sahələrinin orta qiyməti 14 faiz artıb. Bu isə 2022-ci ildən bəri müşahidə olunan ümumi 44 faiz bahalaşma tendensiyasının tərkib hissəsidir. 2025-ci ilin I rübündə isə qiymətlər illik müqayisədə 19 faiz yüksəlib.

Mütəxəssislərin fikrincə, urbanizasiya, şəhərsalmanın genişlənməsi, tikinti üçün əlverişli torpaq sahələrinin getdikcə azalması və eyni zamanda təklifin məhdudlaşması qiymət artımına birbaşa təsir edən əsas amillərdir. Torpaq bazarına olan davamlı və sabit tələbat bu sahədə gərginliyi artırmaqda davam edir.

ABB-nin hesabatında 2025-ci ildə də torpaq bazarında bahalaşma tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. Ekspertlər bildirirlər ki, yeni tikinti layihələrinə marağın artması, infrastrukturun inkişafı və əhalinin yaşayış üçün torpağa olan ehtiyacının yüksəlməsi, qiymətlərin yaxın perspektivdə də artacağını göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki