Azərbaycanda zəlzələ oldu

image-zelzelebackend

Tovuz rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Busaat.az-a verilən məlumata əsasən, yerli vaxtla saat 08.31-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.

Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.

Yeraltı təkan hiss olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki