Dörd şəhidimizin xatirəsi yad ediləcək – FOTOLAR

image-save_20250720_171351backend

23 iyul 2025-ci il tarixində Sumqayıt şəhərində Turan kafesində, dörd şəhidimizin xatirəsi yad ediləcək. Üç nəfəri itkin şəhid, bir nəfəri ilə 2020-ci il şəhid olmuş, inkin şəhidlərimizdən biri, Orucov Kamran Nurulla oğlunun bacısı oğlu Saleh Nuriyevdir.

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Şəhid anaları ilə iş” adlı layihənin icrası məqsədi ilə keçirilən tədbir digər tədbirimiz kimi şəhidlər xiyabanın ziyarəti ilə başlanacaq.
Soydaşlarımızın həyatının və döyüş yolunun, mübarizliyin, vətənsevərliyin gələcək nəsillərə çatdırılması məqsədi ilə dörd şəhidimizə birlikdə səsəli foto slayd hazırlamışıq.
Layihənin icrası ərəfəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ailələri ilə görüş də həmin tədbirdə keçiriləcək. Çoxsaylı şəhidlərimizin doğum və anım günlərinin keçirilməsi, şəhid anaları ilə görüşlər, qazilərimizin, müharibə veteranlarımızın şəhid övladlarının kədərlərinin azaldılması, könüllərinin sevindirilməsi məqsədi ilə tədbirlər keçirilməsi, keçirilən hər bir tədbirin foto video materiallarının hazırlanaraq sosial şəbəkələrdə yayılması layihənin daha çox insana çatdırılmasına səbəb olur.
“Şəhid ailələri ilə iş” adlı layihənin icrası ərəfəsində şəhidlər arasında heç bir fərq qoymadan 1992-ci ildən bu günə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın unudulmaması üçün müxtəlif səpkili tədbirlər keçirilir. Qarabağın işğaldan azad edilmiş ərazilərində yeni məskunlaşmış insanlarımızın və ayrıca şəhid ailələrimizin diqqətdə saxlanılması layihənin əsas prinsipi olduğu üçün biz tədbirlərimizi bu istiqamətdə təşkil edirik.
Kamran Nurulla oğlu Orucov 1992-ci il itkin şəhid
Saleh Səxavət oğlu Nuriyev 2020-ci il şəhid olub
Pənah Ağa oğlu Məhərrəmov 1993-cü il itkin şəhid
Arif Ağa oğlu Rüstəmov 1994-cü il itkin şəhid
Allah rəhmət eyləsin, ruhu şad, məkanı cənnət olsun bütün şəhidlərimizin
23 iyul 2025-ci il tarixində saat 10-00 da Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidlərimizin ziyarəti ilə başlayan tədbirimiz Turan kafesində çay süfrəsi arxasında davam edəcək.

image-save_20250720_171230image-save_20250720_171224image-save_20250720_171219image-save_20250720_171212


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki