Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft96.12 $▲5.29%
  • WTI neft88.99 $▲4.36%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.349 $▲2.48%
  • Qızıl3 890 $▼2.27%
  • Gümüş50.05 $▼2.68%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 450 $▼3.35%
  • Ethereum2 017 $▼1.81%
  • S&P 5007 599▼0.25%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Cəmiyyət

Bu avtobuslar YENİLƏNDİ

image-1755166385_o_1hkr2tk2l1ata139fpi7vpu10g0a
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xırdalan şəhərindən Sumqayıt şəhəri və Novxanı kəndi istiqamətlərində fəaliyyət göstərən 523 və 535 nömrəli marşrutların avtobusları yenilənib.

Busaat.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, “F.Rövşən” istehsalat müəssisəsi tərəfindən ölkəyə 2025-ci il istehsalı olan 31 avtobus gətirilib.

Sıxılmış təbii qaz və dizellə işləyən “İsuzu” markalı müasir və komfortlu nəqliyyat vasitələrindən 16-sı Sumqayıt və Xırdalan şəhərlərini, 15-i isə Xırdalan şəhəri və Novxanı kəndini əlaqələndirir. Sərnişin tələbatına uyğun olaraq, xəttə çıxan avtobusların sayı artırılacaq.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən daim diqqətdə saxlanılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170391