Tramp ilk səfərini bu ölkələrə edəcək

image-1backend
image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp İsrail, Qəzza zolağı və Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlasa da, bu səfərlərin mümkün tarixlərini dəqiqləşdirməyib.Busaat.az- in məlumatına görə , bunu ABŞ prezidenti Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.

“Mən ora (İsrailə) gedəcəm, Qəzzaya, Səudiyyə Ərəbistanına və Yaxın Şərqin digər yerlərinə baş çəkəcəyəm”, – Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Yaxın Şərq inanılmaz yerdir, “gözəl insanların olduğu həqiqətən gözəl yerlərdən” biridir. Eyni zamanda, Trampın sözlərinə görə, “Yaxın Şərqdə çoxlu pis liderlər olub”.

Mətbuat konfransında Tramp həmçinin Vaşinqtonun Amerika hərbçilərinin köməyi ilə Qəzza zolağının ələ keçirəcəyini və onu Yaxın Şərq Rivierasına çevirəcəyini, orada yaşayan fələstinlilərin isə oranı tərk etməli olacağını açıqlayıb.  

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki