Tramp Tokayevə Ağ Evin açarını hədiyyə edib

image-cvv9xg3pctlowgubn1lfwflrxyf6yckh3lhlydei_825backend

ABŞ Prezidenti Donald Tramp qazax həmkarı Kasım-Jomart Tokayevə bir neçə hədiyyə göndərib.

Busaat.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i prezident köməkçisi – mətbuat katibi Ruslan Jeldibayın bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Tramp Tokayevə Ağ Evin simvolik açarını və şəxsi avtoqrafı ilə beysbol papağı hədiyyə edib.

Məlumata görə, ABŞ lideri Tokayevə öz hörmətini ifadə edib, onu “gözəl insan və beynəlxalq prosesləri dərin və balanslaşdırılmış şəkildə başa düşən təcrübəli dövlət xadimi” kimi xarakterizə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki