Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft94.47 $▼8.74%
  • WTI neft87.91 $▼8.24%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.961 $▲3.13%
  • Qızıl4 073 $▲2.68%
  • Gümüş52.28 $▲4.64%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda602.00 ¢▲1.47%
  • Bitcoin80 155 $▲3.65%
  • Ethereum2 416 $▲6.37%
  • S&P 5007 703▲1.77%
18°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Siyasət

Türkiyə-Ermənistan yaxınlaşması regiona nə vəd edir? – Rəsmi İrəvan başa düşməlidir ki...

image-37
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Busaat.az xəbər verir ki. bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, belə ki, Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılıq veriblər. Hər iki tərəf normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Bəs Türkiyə-Ermənistan yaxınlaşması regiona nə vəd edir?

Mövzuyla bağlı politoloq Kənan Novruzov Busaat.az-a açıqlamasında bildirib ki, sözügedən addım müsbət qiymətləndirilməlidir.

Onun sözlərinə görə, qarşıdakı dövrdə bu təqdirəlayiq addımların davamı gələcək:

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə paralel gedəcək. Ola bilməz ki, bu proses birtərəfli inkişaf etsin. İrəvan bunu başa düşməlidir. Ermənistan Türkiyə ilə münasibətlərin inkişafından daha çox nəticə əldə etmək istəyirsə, Azərbaycanla münasibətlərinə diqqət yetirməlidir”.

Kənan Novruzov hesab edir ki, Ermənistan artıq hərbi və siyasi təxribatlarını dayandırmalıdır. Bu istiqamətdə ən vacib məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

Kənan Novruzov: Bu proses Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə paralel gedəcək

Müsahibimizin dediyinə görə, nəzərə almaq lazımdır ki, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var:

“Bu ərazi iddiaları Ermənistanın Türkiyə ilə münasibətlərindəki normallaşma səviyyəsinin sona kimi davam etməməsinə təkan verəcək. Çünki Türkiyənin konkret şərti Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsidir”.

Kənan Novruzov hesab edir ki, əks halda münasibətlər sona qədər normallaşmayacaq və ip hardasa qırılacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=144211