Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 489 $▼0.72%
  • Ethereum2 360 $▼1.04%
  • S&P 5007 624▼0.52%
20°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
İdman

Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür etdi

image-turkiyeqrup

Türkiyə Futbol Federasiyası (TFF) Avro-2020-nin qrup mərhələsində milli komandanın Bakıda keçirdiyi iki oyuna görə Azərbaycana təşəkkür edib.

Busaat.az xəbər verir ki, TFF “Təşəkkürlər Qardaş Azərbaycan” başlıqlı minnətdarlığını rəsmi saytı vasitəsilə edib:

“Dost və qardaş ölkə Azərbaycan Avro-2020 dönəmində və Bakıda keçirdiyimiz iki oyunda tribunaları “qırmızı-ağ” rənglərlə dolduraraq, mükəmməl bir qardaşlıq ruhu göstərdi. A milli komandamız, federasiyamız və bütün türk xalqına böyük dəstək verən, bizi ən gözəl şəkildə qonaq edən Azərbaycan “Tək millət, iki dövlət” olduğumuzu bizə dərindən hiss etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Uelslə matçımızı izləyən Azərbaycan Prezidenti İlham Əliyev, AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla, bütün qurum və təşkilatlara örnək ev sahibliyinə görə təşəkkür edirik. Azərbaycan-Türkiyə birliyi və bərabərliyinin ildən-ilə davam edəcəyini bir daha bütün dünyaya göstərən Azərbaycan xalqına milli komandamızın yanında olduğu üçün minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, “ay-ulduzlular” Avro-2020-nin qrup mərhələsində Romada İtaliyaya (0:3), Bakıda isə Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olaraq turnirlə vidalaşıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul