Türkiyə lideri Naxçıvana yola düşüb

image-erdogan-teyyarebackend

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana yola düşüb.

Busaat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Ərdoğan Naxçıvana bir günlük səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində, daha sonra Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəklər.

Ərdoğan və İlham Əliyev arasında ikitərəfli görüş də olacaq. Görüşdə iki ölkə arasındakı əlaqələrlə yanaşı, Zəngəzur dəhlizində və Qarabağda qanunsuz erməni qüvvələrinə qarşı aparılan antiterror əməliyyatı da dəyərləndiriləcək.

Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclası üçün olduğu ABŞ-də İlham Əliyevlə telefonla danışaraq məlumat alıb. Ərdoğan Baş Assambleyadakı çıxışında Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəklədiklərini bildirib.

Səfər zamanı Ərdoğanı xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu müşayiət edib. Ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalını Prezident Aparatının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin baş müşaviri Akif Çağatay Kılıç, AK Partiya sözçüsü Ömər Çelik və digər rəsmi şəxslər müşayiət edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki