Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
18°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Türkiyə ordusu Suriyanın şimalında 26 kürd yaraqlısını məhv edib

image-turkiye-ordusu

Türkiyə ordusu Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı bölgəsində Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) 26 silahlısını məhv edib.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi X sosial media hesabında bildirib.

“Fərat Qalxanı əməliyyatı bölgəsində yerləşən Dabuk bazamız yaxınlığında dünən gecə saatlarında hücuma keçən terrorçulara hərbçilərimiz qətiyyətlə cavab verib. 26 PKK terrorçusu məhv edilib”, – deyə məlumatda qeyd olunub.

Ankara PKK-nı milli təhlükəsizliyə əsas təhdid hesab edir. Türkiyə ordusu mütəmadi olaraq İraq və Suriyada kürd yaraqlılarına qarşı əməliyyatlar aparır və bölgədə böyük bir qoşun dəstəsi saxlayır.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul