Türkiyə seçkilərində dava düşdü: Ölən və yaralananlar var – VİDEO

image-41d6503f45a84733949c998c981d857cbackend

Türkiyənin Diyarbəkir bölgəsində muxtar seçimi zamanı dava düşüb. Mübahisənin gedişində daş, çubuq və tapançalardan istifadə edilib.

İlkin məlumata görə, davada bir nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar şəhərdəki xəstəxanalara çatdırılıblar. Dava zamanı əraziyə sövq edilən təcili yardım maşınlarından ikisi atılan daşlarla zədələnib. Jandarma qruplarının məhəllədə təhlükəsizlik tədbirləri davam edir.

Qərbi Bursa vilayətində də münaqişə nəticəsində bir yerli sakin həlak olub, iki nəfər yaralanıb. Münaqişəyə səbəb 32 yaşlı yerli sakin Yusuf Yiğitin seçkilərdə başqa yerli klandan olan kənd başçılığına namizədi dəstəkləməsi olub, baxmayaraq ki, onun iki qohumu da bu vəzifəyə namizədliyini irəli sürüb. Yiğit iki əmisi oğlu ilə görüşən zaman qızğın mübahisə yaranıb və nəticədə qohumlardan biri silahı götürərək atəş açıb. Yiğit hadisə yerində ölüb, iki nəfər yaralanıb.

facebook sharing buttonmusavat.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90