Türkiyədə 6,6 ballıq zəlzələ, 6 bina çökdü –  Yenilənirbackend

Türkiyədə 6,6 maqnitudalı zəlzələ baş verib.

Busaat.az  “Hürriyet”ə istinadən xəbər verir ki, güclü zəlzələnin təkanları İstanbul və İzmir şəhərlərində hiss edilib.

Yeraltı təkanların episentrinin İzmir vilayətinin Səfərihisar ilçəsində qeydə alındığı bildirilib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

***

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İzmirin Bornova və Bayraklı rayonlarında zəlzələ nəticəsində 6 binanın çökdüyünü açıqlayıb.

***

Zəlzələnin İzmirlə yanaşı Aydın, Muğla, Manisa, Dənizli, Çanaqqala, Bursa, İstanbul, Uşak, Kütahya, Bursa, Yalova, Tekirdağ və Ədirnədə hiss edildiyi bildirilib. Xəstəxanalar, xilasetmə, polis və tibbi yardım qrupları hazır vəziyyətə gətirilib.

***

Prezident Rəcəb Tayyib Ərdoğan İzmirdə baş verən zəlzələ barədə açıqlama verib.  O, mövzu barədə tvitter hesabında yazıb:

“İzmirdə baş verən zəlzələdən zərər görən bütün vətəndaşlarımıza keçmiş olsun. Dövlətimiz bütün imkanları ilə vətəndaşlarımızın yanındadır.  Mövzu ilə bağlı bütün qurumlar, nazirlər bölgədə lazımi işlər üçün hərəkətə keçiblər”.

***

İzmir Böyükşəhər Bələdiyyə sədri Tunç Soyer  20-yə yaxın binanın dağılması barədə məlumat daxil olduğunu qeyd edib.