Dərman vasitələrinin reseptdə yazılmasında və dərman vasitələrinin buraxılışında iştirak edən şəxslərin müvafiq olaraq ali tibb, ali və ya orta əczaçılıq təhsilinə malik olmaları, həmçinin, təhsilini təsdiq edən sənədin verilmə tarixindən 5 ildən çox keçdiyi təqdirdə sertifikasiya şəhadətnaməsinə malik olmalarına nəzarət ediləcək.
Busaat.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə – vəzifəli şəxslər 800 (səkkiz yüz) manatdan 1000 (min) manatadək məbləğdə, hüquqi şəxslər 6000 (altı min) manatdan 8000 (səkkiz min) manatadək məbləğdə cərimə
Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur. Hazırda “Elektron Resept” (reseptim.az) sisteminə mərhələli şəkildə transformasiya olunduğu səbəbindən həkimlər tərəfindən reseptlər müvəqqəti olaraq həm kağız, həm də elektron qaydada yazılır. Lakin bu il ərzində bu sistemə mərhələli keçid başa çatdıqdan sonra reseptlər yalnız elektron qaydada yazılacaq.