Bu gecə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter”i bloklanıb.Busaat.az xəbər verir ki, sosial şəbəkə rəhbərliyi Azərbaycan hakimiyyətində təmsil olunan rəsmi şəxsin profilini guya “Twitter”in qaydalarını pozduğu üçün ləğv edibBundan sonra “Twitter” istifadəçiləri təcili kütləvi aksiya başladaraq haqqın bərpa olunması üçün hərəkətə keçiblər. Onlar sosial şəbəkənin texniki heyətinə müraciət ünvanlayaraq bunun səhv addım olduğunu bildiriblər. Aksiyadan bir neçə saat keçdikdən sonra XİN rəhbərinin səhifəsi bərpa edilib