ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa rusiyalı həmkarı Sergey Lavrovun çıxışından öncə zalı tərk edib.
Busaat.az-ın “unian“a istinadən xəbərinə görə, çıxışının sonunda isə o, S.Lavrovu “hərbi cinayətkar” adlandırıb.
Qeyd edək ki, A.Sibiqanın ardınca bir sıra nazirlər və diplomatlar da Rusiya XİN başçısının çıxışını dinləmədən salondan çıxıb.