Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 230 $▼0.67%
  • Ethereum2 330 $▼1.09%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Son dəqiqə

"Ünvanlı sosial yardım mexanizmi dayanıqlı deyil" - Rəşad Həsənov

image-berpa

“Qarabağın bərpası ölkənin öz imkanları hesabına 50 ilə də başa gələ bilməz”.

Busaat.az xəbər verir ki, bunu ölkənin iqtisadi vəziyyətini dəyərləndirən iqtisadçı Rəşad Həsənov deyib.

İqtisadçı bildirib ki, mövcud vəziyyətdə iki istiqamət üzrə ciddi addımların atılması vacibdir:

“Birincisi, iqtisadiyyat birmənalı şəkildə açılmalıdır. Xüsusən də işğaldan azad olunmuş torpaqların qısa zamanda bərpa olunması üçün buna ehtiyac var. Çünki Azərbaycanın imkanları daxilində bugünkü büdcə və neft gəlirləri ilə həmin torpaqların bərpası 50 ilə başa gələ bilməz. Yerli investorların bərpa işində iştirakı ciddi rola malik deyil. Çünki Qarabağın bərpası üçün çox böyük xarici investisiyalar cəlb olunmalıdır. Bu investisiyalar Azərbaycanın iqtisadi inkişafında katalizator rolunu oynamalıdır.

İkincisi, dayanıqlı sosial-müdafiə mexanizmləri yaradılmalıdır. Ünvanlı sosial yardım mexanizmi dayanıqlı və əlçatan deyil. 2014-cü ildə bu mexanizmdən istifadə edən 168-170 min ailə var idisə, 2015-ci ildə bu ailələrin sayı 95 minə düşüb. Görünən odur ki, əsası olmayan bu cür mexanizmlər dövlətin fiskal gəlirlərindən birmənalı şəkildə asılıdır. Əgər sözügedən sahələr üzrə dəyişikliklər edilməsə, iqtisadi inkişaf olmayacaq”.

Gülay

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul