Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Fərid Əliyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, onun üzərindən 3 kiloqram marixuana aşkar edilib.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən Eyvaz Ələsgərov da saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 7 ədəd patron və daraq aşkarlanıb.
Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında apardıqları profilaktik söhbətlərlə ümumilikdə 11 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Əlavə tədbirlər zamanı istintaq orqanları tərəfindən axtarışda olan 11, mülki axtarışda olan 32 şəxs müəyyən edilib və barələrində qanunauyğun tədbirlər görülüb.