Van Dammın oğlu qardaşını sazla təbrik etdi – FOTO

image-vandamkrisbackend

Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Nikolas qardaşı Krisi və azərbaycanlı gəlinləri Suadanı ailə həyatı qurmaları münasibətilə təbrik edib.

Busaat.az  xəbər verir ki, o, bununla bağlı şəxsi “Instagram” hesabında paylaşım edib.

Nikolas musiqi ilə maraqlandığından qardaşı ilə arvadını fərqli tərzdə, Azərbaycanın milli musiqi aləti olan sazla təbrik edib.

Nikolas əlində saz olan fotosunu izləyiciləri ilə bölüşüb. O, bu paylaşıma “Qardaşım Krisi təbrik edirəm, ailəmizə xoş gəldin Suada”,-deyə qısa şərhini də əlavə edib.

Nikolasın qeyri-adi təbriki sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Onun paylaşımına çoxsaylı şərhlər yazılıb.

Qeyd edək ki, Kris Van Dammla Suada Hacızadə iyunun 17-də Azərbaycanın Türkiyə konsulluğunda təşkil edilən nikah mərasimi ilə ailə həyatı qurublar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90