Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 685 $▲0.45%
  • Ethereum2 354 $▲0.67%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Maqazin

Xalq artisti “Sevgi həvəsi” klipini təqdim etdi

image-screenshot
Screenshot

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə pərəstişkarlarını yeni musiqili layihəsi ilə sevindirib.

Busaat.az xəbər verir ki, bir neçə gün öncə pop ulduzun anonsunu etdiyi “Sevgi həvəsi” adlı yeni iş artıq işıq üzü görüb. Mahnının sözləri və musiqisi İsmayıl Əliyevə, miks və masterinq isə Emin Karima məxsusdur. Layihədə elektro sazda Eldəniz Kərimov, gitarada isə Caner Güneysu ifa edib.

Sevilən ulduz yeni mahnı üçün klip də çəkdirib amma bu dəfə tam fərqli formatda. Ekran işi tamamilə süni intellektlə hazırlanılıb. Klipdə Ağayevanın 2024-cü ildə çəkilən fotosessiyasından istifadə olunub.

Vurğulamayaq ki, bu klip ənənəvi Aİ işlərindən tamamilə fərqlənir. Görüntülər Zirva.ai olan ən yeni Seedance 2.0 modeli ilə yaradılıb.

Bu, hazırda dünyada mövcud olan ən qabaqcıl texnologiyalardan biridir. Dünyaca Snoop Dogg (Slid Off), Don Diablo kimi məşhurlar bu texnologiyadan istifadə ediblər.

Bu cür innovativ yanaşma ilə layihə Azərbaycanda ilk, dünyada isə ilklərdən biri olub. Klipi Qazaxstanda çalışan həmyerlilərimiz Fəqan Əsədov, İlham Şükürlü, Məmməd Quliyev ərsəyə gətiriblər.

Ekran işinin art direktoru Fəridə Qasımovadır.

Klipdə istifadə olunan geyimlərin müəllifi Zümrüd Mirzəliyeva, styling isə Elnarə De Birbuetə aiddir.

Layihənin direktoru Yalçın Cabbarovdur.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul