Rusiyanın xalq artisti, teatr rejissoru və pedaqoq Leonid Xeyfets 87 yaşında dünyasını dəyişib.
Busaat.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski məlumat verib.
Qeyd edək ki, o, bir sıra dövlət mükafatları laureatı olub. 1970-ci illərdən Rusiya teatr məktəblərində dərs deyib. Rejissorun ən məşhur əsərləri arasında “Albalı bağı” (2000), “Kukla evi” (1999) və “Kral Lir” (1979) var.