Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft109.90 $▲0.35%
  • WTI neft101.04 $▲0.08%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.024 $▲1.31%
  • Qızıl4 025 $▲0.08%
  • Gümüş53.85 $▼0.59%
  • Pambıq79.49 ¢▼0.96%
  • Buğda626.50 ¢▲0.56%
  • Bitcoin80 180 $▲0.17%
  • Ethereum2 326 $▼0.05%
  • S&P 5007 624▼0.52%
19°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Dünya

“Xəritəyə baxsaq, Türkiyənin əhəmiyyətini anlayarıq” - Stoltenberq

image-mycollages_-_2021-06-05t040748-335
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

NATO DEAŞ terror təşkilatı ilə qlobal mübarizəyə əhəmiyyətli töhfə verən Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcək.

Busaat.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.

“Türkiyə NATO-nun mühüm müttəfiqidir. Əgər sadəcə xəritəyə baxsaq, bu ölkənin əhəmiyyətini anlayarıq. Bu, İraq və Suriya ilə həmsərhəd olan NATO-nun yeganə müttəfiqidir. Türkiyənin infrastrukturu DEAŞ ilə mübarizədə çox mühüm rol oynayır”, – baş katib deyib.

Blok rəhbəri, həmçinin miqrasiya böhranının aradan qaldırılmasında Ankaranın rolunu alqışlayıb. “Biz cənub qonşuluğumuzu sabitləşdirmək üçün Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcəyik”, – deyə Stoltenberq bildirib.

Türkiyə-Yunanıstan münasibətlərindəki gərginliyə toxunan Stoltenberq qeyd edib ki, NATO alyans daxilində fikir ayrılıqlarının aradan qaldırılması üçün effektiv platformadır.

O əlavə edib ki, Türkiyə və Yunanıstan hərbçiləri arasında arzuolunmaz insidentlərin və toqquşmaların qarşısının alınması üçün yeni yaradılmış mexanizm bunun yaxşı nümunəsidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=48777