Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft94.13 $▼9.07%
  • WTI neft87.35 $▼8.82%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.954 $▲2.89%
  • Qızıl4 135 $▲4.25%
  • Gümüş53.17 $▲6.44%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda602.00 ¢▲1.47%
  • Bitcoin80 534 $▲0.25%
  • Ethereum2 426 $▲0.23%
  • S&P 5007 689▲1.59%
15°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Son dəqiqə

Yanğından yarım saat əvvəl doğulan üçəmlərin atası danışdı

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Yanğından təxminən yarım saat əvvəl üçəm övladlarım dünyaya gəlmişdi. 15 il idi ki, övlad həsrəti çəkirdik. Ona görə də üçəmlərin dünyaya gəlməsi bizi çox sevindirmişdi. Amma sevincimiz çox çəkmədi. Dərman alıb, geri qayıdanda anidən mərkəzin 4-cü mərtəbəsində dəhşətli yanğın baş verdiyini gördük”.

Busaat.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Perinatal Mərkəzdə baş verən yanğının şahidi Zeynalov Rahid deyib.

O, hadisənin təfərrüatlarını bu cür açıqlayıb: “Dərhal köməkləşib, üçəmləri, xanımımı və digər yeni ana olan qadınları mərkəzdən çölə çıxartdıq. Tüstünün təsirindən onların vəziyyəti yaxşı deyildi. Yeni ana olan həyat yoldaşım üçün əməliyyatdan sonra dərhal hərəkət etmək, çölə çıxmaq çox çətin idi və onun sağlamlığına çox pis təsir etdi. Ana və uşaqları dərhal yaxınlıqdakı poliklinikaya yerləşdirdilər. Çox şükür ki, həm ana, həm də uşaqların vəziyyəti hazırda stabildir. Yanğının hansı səbəbdən baş verməsi haqda isə məlumatsızıq. Bəziləri deyir ki, yanğın hansısa elektrik naqilində baş verib”.

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 yeni doğulan körpə ölüb, 3 nəfər tüstüdən zəhərlənib. Hadisə ilə bağlı cinayət işi açılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132312