Yanvarın 11-də Yeni Kaledoniya parlamentinin qarşısında etiraz aksiyası keçirilib.
Busaat.az xəbər verir ki, aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb.
Etirazçılar Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.
Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, yerli xalq – kanaklar əhalinin maraqlarına zidd konstitusiya islahatlarına “yox” deyirlər.Modern.az