Yenidən sərt karantinə qayıdılır? – Operativ Qərargahdan AÇIQLAMA

image-nazirlerkabinetbackend

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacağı söyləntiləri var.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan  cavab olaraq bildirilib ki, qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir:

“Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə, sərt qapanmalara gedilməyəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90