Yens Stoltenberq: "NATO Kiyev rejiminə dəstəyini davam etdirəcək"
NATO Ukraynaya dəstəyini davam etdirəcək və bununla bağlı siyasəti dəyişməz olaraq qalacaq.
Busaat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə mətbuat konfransında deyib.
Bu bəyanat Stoltenberqin NATO-dakı baş qərargah rəisi Stian Yenssenin avqustun 15-də Ukraynanın münaqişəni sona çatdırmaq üçün razılaşmanın bir hissəsi olaraq ərazilərini Rusiyayaın tərkibinə qatıla biləcəyini söyləməsindən sonra verilib.
Qeyd edək ki, daha sonra Yenssen şərhlərinə görə peşman olduğunu bildirib.
“Biz Ukraynanı dəstəkləyirik. Yalnız ukraynalılar danışıqlar masası arxasında məqbul həllin nə olduğuna qərar verə bilər”, – Stoltenberq əlavə edib.





