“Yol kənarına çıxmamaq yaxşıdır ətrafda minlərlə mina var” – “RBK” Qarabağda + Video

“Yol kənarına çıxmamaq yaxşıdır ətrafda minlərlə mina var” –  “RBK” Qarabağda + Videobackend

Rusiyanın “RBK” telekanalının jurnalistləri Azərbaycana səfər ediblər.

Busaat.az xəbər verir ki, onların ilk yollandığı şəhər Ağdam olub. Rusiyalı jurnalist Artyom Potyomin deyir ki, bura hələ dinc sakinləri buraxmırlar, inşaatçılar və nadir jurnalistlər istisna təşkil edir. Yollarla hərəkət etmək olar, yol kənarına çıxmamaq daha yaxşıdır – ətrafda minlərlə mərmi və mina var.

Ağdam şəhəri

Ağdamda A. Potyominin diqqətini şəhərin, demək olar, tamamilə dağıdılması çəkir: “Bütün evlərin damı yoxdur, bir çoxu isə bütövlükdə sökülüb”.

Möcüzə nəticəsində salamat qalmış yeganə bina Cümə məscididir ki, o da ciddi zərər çəkib. Tezliklə məscidin bərpa edilməsi planlaşdırılır.

“RBK”nın jurnalisti qeyd edir ki, müharibədən əvvəl Ağdam öz bağları ilə məşhur idi, şəhərdə müəssisələr, dram teatrı fəaliyyət göstərirdi… “İndi prospektlərin və küçələrin yerinə burada tank səngərləri var”, – Potyomin deyir.

Məmməd Vəliyev

O qeyd edir ki, 1993-cü ildə ermənilər Ağdamı zəbt edəndə şəhəri və ətraf kəndləri 30 minə yaxın azərbaycanlı qaçqın tərk etməyə məcbur olmuşdu. Onlardan biri Məmməd Vəliyevdir. Onun sözlərinə görə, ailəsi yalnız ən zəruri şeyləri götürərək tələsik qaçmışdı. İndi o, evinə qayıda biləcəyi günü səbirsizliklə gözləyir: “Doğma torpağı yenidən becərəcəyik. Əcdadlarımızın qəbirləri də orada qalıb. Biz onları tapmaq, bərpa etmək və yenidən onların üzərində dualar oxumaq istəyirik”.

Qiyaslı kəndindəki məscid

“RBK”nın çəkiliş qrupu Qiyaslı kəndində dağıdılmış məscidi də göstərib: “Burada dam yoxdur. Bundan başqa, görünür, bura mal-qaranın saxlanıldığı tövlə olub. İçəri keçməyəcəyik, deyirlər ki, mina ola bilər…”.

Tərtərə atılan “Smerç”lər

Sonra jurnalistlər Tərtərə yollanırlar. Reportajda şəhərin mərkəzi meydanında toplanmış ermənilər tərəfindən atılmış “Smerç” qurğuları, şəhərin, evlərin atəşə tutulmasını əks etdirən görüntülər nümayiş etdirilir.

Çəkiliş qrupu Suqovuşana gedir. Burada – hələ iki ay bundan əvvəl cəbhə xəttinin keçdiyi və erməni silahlı qüvvələrinin mövqelərinin durduğu yerdə hazırda tikinti işləri gedir. “Bura Azərbaycanın nəzarətinə keçən ilk ərazilərdən biridir. İndi burada Talış kəndinə qədər yol tikilir”, – Potyomin deyir.

Şıxalıağalı kəndi

Cəbrayıla gedən yolda “RBK”nın jurnalistlərinin sürücüsü Cəlal doğma kəndi – Şıxalıağalının adını görüb maşını saxlayır. O, buranı 7 yaşında ikən valideynləri ilə birlikdə tərk etmişdi…

Jurnalistlər Ermənistan Silahlı Qüvvələrinin raket atəşinə tutduğu Gəncə şəhərində də olublar. Bu hadisələrin şahidlərindən olan Məhəmməd İsmayılov deyir ki, o və ailəsi Kəlbəcər rayonundan qaçqındır. Onun sözlərinə görə, onlar atəşə tutulma dəhşətini bir daha yaşamalı olublar, bu dəfə din

Reportajda qeyd olunur ki, Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu etiraf edib. Lakin Gəncənin dinc sakinləri hərbi obyektlərin yerləşmədiyi şəhərin atəşə tutulacağını düşünmürdülər: “Nəticədə səkkiz yerə raket düşdü…”.

“RBK” atəşdən daha çox zərər çəkmiş, 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakovun da həlak olduğu Gəncə məhəlləsini göstərib. Artyomun nənəsi Rəhibə xanım nəvəsinin erməni atəşi nəticəsində ölümcül yaralandığı dəhşətli gecədən danışıb.

busaat 5ea4f6c76d28b1c4b0b1100159e88c73 b67cpfw23qys5vkjlrm8 busaat e5498c5f14000eace16e13c2f0377941 loz86139ytwmje5bfaxu busaat fbea7a9a6fdbb76b948bf234b23749b5 svn6ijf3b042owlkphaz busaat 0fe58ae8b72660fe5daee482d588d2a5 kvc0lsu2bpan94xqt1gf busaat f32e3b787ef80c3df917b2ed6e1f656f 8u7ro2x1kbvt6hgia53y busaat 6669c9181d84b0bc5bbc593d0c76ad1b 5s7fl4rkbiwjtpo3cmyu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki