Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin81 234 $▼0.08%
  • Ethereum2 394 $▲0.32%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
İdman

“Yuventus”un oyunçusu “PSJ”də Neymarı əvəz edəcək

image-federiko-kyeza
Federiko Kyeza

“Yuventus”un vingeri Federiko Kyeza “PSJ”nin Səudiyyə Ərəbistanına keçməyə yaxın olan braziliyalı hücumçusu Neymarı əvəz edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Yuventus” 25 yaşlı italiyalını 50-60 milyon avroya satmağa hazırdır. Kyezanın turinlilərlə müqaviləsi daha iki il üçün nəzərdə tutulub, lakin futbolçu “Yuventus”un məşqçilər korpusunun ondan istifadə etdiyi mövqedən narazıdır.

Federiko “PSJ”yə keçid perspektivinə müsbət yanaşır, çünki bu, onun gəlirlərini artırmağa və Çempionlar Liqasında oynamağa imkan verəcək.

2022/2023 mövsümündə vinger “Yuventus”un heyətində bütün yarışlarda 33 oyun keçirib və bu matçlarda dörd qol və altı məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə oyunçunun təxmini dəyəri 40 milyon avrodur.

Daha əvvəl “Liverpul”un Kyezanı transfer etmək istədiyi bildirilirdi. Eyni zamanda, “PSJ”nin cinah oyunçusu Neymarın “Əl-Hilal”a keçmə ehtimalı böyükdür.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul