Zelenski ilk dəfə Rammstein iştirakçılarına müraciət etdi: F-16 təyyarələri və uzaq mənzilli raketlər verin

image-1673990859-8027backend

Ukrayna prezidenti Vladimir Zelenski Ramşteyn formatında keçirilən iclasın iştirakçılarını vaxt itirməməyə Ukraynanı F-16 təyyarələri və uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb.

Busaat.az UNİAN-a istinadən xəbər verir ki, Zelenski bunu Almaniyadakı aviabazada keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (“Ramşteyn-8” adlanan) iclasının əvvəlində onlayn çıxışı zamanı deyib.

Dövlət başçısı Təmas Qrupu üzvləri qarşısında ilk dəfə çıxış etdiyini deyib və Ramşteyn çərçivəsində Ukrayna ilə birliyə, dialoqa və əməkdaşlıq formatına görə minnətdar olduğunu vurğulayıb.

“Biz Ukraynada ümumi düşmənimizə qarşı döyüş meydanında nəticələr görürük. Sağ olun”, – Zelenski bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90