Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft94.47 $▼8.74%
  • WTI neft87.91 $▼8.24%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.961 $▲3.13%
  • Qızıl4 073 $▲2.68%
  • Gümüş52.28 $▲4.64%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda602.00 ¢▲1.47%
  • Bitcoin80 155 $▲3.65%
  • Ethereum2 416 $▲6.37%
  • S&P 5007 703▲1.77%
18°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056

Zəngin deputat seçicilərin qarşısına 2300 manatlıq köynəklə çıxdı — FOTOLAR

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Relax” qalmaqalı ilə gündəmə gələn Lerikin deputatı İqbal Məmmədov bu dəfə namizəd olaraq çıxış etdiyi kürsüdə əks olunan SSRİ gerbi ilə diqqəti özünə yönəldib.

 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədovun seçicilərlə görüşdə SSRİ-nin gerbi olan tribunadan çıxış etməsi tənqidə səbəb olub. Amma həmin görüntüdə daha bir detal var ki, bu, Məmmədovun “kasıb rayonun zəngin deputatı” olduğunun aşkar göstəricisidir.

 

Lerik rayonu Azərbaycanın həm infrastruktur, həm də sakinlərin yaşayışı baxımından geridə qalan bölgələrindən hesab olunur. Amma bu rayonun sakinlərinin qismətinə zəngin deputat düşüb. Hətta o seçkilər zamanı belə seçicilərin qarşısına bahalı brend geyimlərlə çıxır.

Elə qalmaqala səbəb olan fotodakı geyimi haqda qısa araşdırma apardıq. Məlum olur ki, İ. Məmmədovun geyindiyi köynəyin qiyməti 1500-2500 dollar arasında dəyişir. Zəngin deputat hətta bu mərhələdə belə təvazökarlıq etməyib. Aylıq gəliri aşağı-yuxarı 1500 dollar olan seçicilərin qarşısına bu qiymətə olan geyimlə çıxmaq hansı anlama gəlir, bunu yalnız İqbal Məmmədov özü deyə bilər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=2514