Zeynəb Xanlarovanın bacısı oğluna hökm oxundu

image-zzbackend

Xalq artisti Zeynəb Xanlarovanın dələduzluqda ittiham olunan bacısı oğlu Daşqın Nəsirova hökm oxunub.

Busaat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il 6 ay müddətinə şərti cəza verilib və D.Nəsirov azadlıqda qalıb.

Qeyd edək ki, D.Nəsirov Türkan qəsəbəsində torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla satılmasında ittiham olunub. İstintaq müəyyən edib ki, torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Türkan qəsəbəsinin sabiq icra nümayəndəsi Rahil Babayev və sabiq bələdiyyə sədri Mehman Ağayev, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı Zəfər Abdulov və Eldar Mirzəyev dəniz sahilində yerləşən sahəsi 1.12 hektar, dəyəri 190 min manat olan torpaq sahəsinin ayrı-ayrı şəxslərə qanunsuz satıblar.

Məhkəmənin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il müddətə azadlıqdan məhrum edilib. Eldar Mirzəyev və Zəfər Abdulov isə 1 il 6 ay şərti cəza alaraq azadlıqda qalıblar.Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki