Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan öz feysbuk hesabında istefa ərizəsinin fotosunu paylaşaraq məlumat verib.
“Xahiş edirəm, mənim istefamı qəbul edin. Mənə etibarınız üçün təşəkkür edirəm”, – deyə XİN rəhbəri ərizədə yazıb.
Qeyd edək ki, bundan bir neçə dəqiqə əvvəl Baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında Ermənistan xarici işlər nazirini istefaya göndərmək qərarına gəldiyini elan etmişdi.
Xatırladaq ki, Z. Mnatsakanyan Ermənistanın 7-ci XİN rəhbəri olub. O, 12 may 2018-ci ildə bu vəzifəyə təyin olunmuşdu.