Zukerberq Bezosu geridə qoydu – YENİ SİYAHI

image-1728031747_zuckerberg-1024x640jpg-1728033548backend

“Bloomberg Billionaires Index”in son reytinqinə əsasən, milyarderlər arasında ilk üç dünya liderində dəyişiklik olub.

Bakıvaxtı.azxəbər verir ki, “Meta Platforms” şirkətinin həmtəsisçisi və rəhbəri Mark Zukerberq sərvətinə görə “Amazon”un yaradıcısı və rəhbəri Ceff Bezosu geridə qoyub və reytinqdə ikinci yeri tutub.

İndi Zukerberqin sərvəti 206,2 milyard dollar qiymətləndirilir ki, bu da üçüncü yerə enmiş “Amazon” rəhbərinin sərvətindən 1 milyard dollar çoxdur. Bununla belə, Zukerberq hazırda İlon Maskın tutduğu birinci yerdən hələ də uzaqdır: onları təxminən 50 milyard dollar ayırır.

Tədqiqatçılar qeyd edirlər ki, bu il Mark Zukerberq sərvətini 78 milyard dollar artıra bilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki