Zümrüd Quluzadə vəfat etdi (FOTO)
Azərbaycanın Əməkdar elm xadimi vəfat edib.
Busaat.az oxu.az-a istinadla xəbər verir ki, “Şərq fəlsəfəsi problemləri” adlı beynəlxalq elmi-nəzəri jurnalın baş redaktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə 89 yaşında vəfat edib.
Z.Quluzadə dünən səhər saatlarında ürəyində yaranan problemlər səbəbilə vəfat edib.
O, Bilgəh qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Z.Quluzadə 1932-ci il martın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, uzun illər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri vəzifəsində çalışıb.
2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Z.Quluzadə “Şöhrət” ordeninə layiq görülüb.
Loading...