Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
5°Bakı
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
Gündəm

10 il əvvəl qardaşını öldürən kişini güllələdi

10 il əvvəl qardaşını öldürən kişini güllələdi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbə sakini, 1985- ci il təvəllüdlü Qamət Teymurov odlu silahla vurulub. Busaat.az ın məlumatına görə, şəxsin vurulması ilə bağlı ötən gün Xəzər rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma nəticəsində onu odlu silahla vuran şəxsin Şağan qəsəbə sakini, 1995- ci il təvəllüdlü Sultanzadə Rəhman Azad oğlu olduğu müəyyənləşib.
Belə ki, ötən gün günorta saat 15:00 radələrində S. Rəhman Q. Teymurovun yaşadığı evə gələrək ov silahıyla ona dörd dəfə atəş açıb. S. Rəhman hadisəni qisas zəminində törətdiyini bəyan edib. Bildirib ki, 2010-cu ildə Q. Teymurov onun qardaşı Afər Sultanovu qətlə yetirib. Faktla əlaqədar istintaq-əməliyyat qrupu yaradılaraq hadisə yerinə Xəzər RPİ-nin KTQ-nin ekspert kriminalistlərinin iştirakıyla rayon prokurorluğu tərəfindən baxış keçirilib. R. Sultanzadə polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılıb. Bu zaman o, törətdiyi cinayəti etiraf edib və ov silahını təhvil verib. Faktla bağlı rayon prokurorluğu tərəfindən CM-nin 29, 120.1-ci maddəsiylə cinayət işi başlanıb.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=2608