Türkiyədə 4-cü sinif şagirdi son 5 ay ərzində 250 kitab oxuyub.
Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 yaşlı Atakan Kayalar daha çox fəlsəfə, fizika, riyaziyyat, iqtisadiyyat və biznesin idarə edilməsinə dair kitablara üstünlük verir.
Son günlər Türkiyə mətbuatının gündəmində olan Atakan jurnalistlərin “Böyüyəndə nə olmaq istəyirsən?” sualına “Prezident”,- deyə cavab verib.