Fələstin xəbərdarlıq edib

image-imagesbackend

Qəzzadakı Fələstinin Mülki Müdafiə İdarəsi daşqınlara səbəb ola biləcək və köçkünlərin çadırlarına ziyan vura biləcək yağışlar səbəbindən humanitar fəlakət barədə xəbərdarlıq edib.

Busaat.az xarici mətbuata istiandla xəbər verir ki, bununla bağlı Mülki Müdafiə Müdirliyi mətbuata açıqlamasında bildirilib ki, intensiv yağışlar nəticəsində Yermuk Stadionu qaçqın düşərgəsində, Qəzza Bələdiyyə Parkında, çimərlik düşərgəsində və Qəzza məktəblərində qurulan çadırlara ciddi ziyan dəyib. Departament qış yaxınlaşdıqca şəraitin daha da pisləşə biləcəyindən narahat olduğunu bildirib.

Mülki müdafiə rəsmiləri həmçinin xəbərdarlıq ediblər ki, İsrail ordusunun Qəzza zolağında infrastrukturu məhv etməsi səbəbindən kanalizasiya sistemi bağlanması nəticəsində sakinlər əsl fəlakətlə üzləşirlər.

Xidmətin sözçüsü Mahmud Basal beynəlxalq ictimaiyyəti çox gec olmadan Qəzza zolağında didərgin düşmüş fələstinlilərin həyatını xilas etməyə, onları qış mövsümünün sıxıntılarından qorumağa, çadır və karvanlarla təmin etməyə çağırıb.

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki