Leyla və Arzu Əliyevalar sərgidə – Foto

image-6736df6e6a4b06736df6e6a4b117316493906736df6e6a4ae6736df6e6a4afbackend

Noyabrın 14-də Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” (Participate!) sərgisinin açılış mərasimi keçirilib.

Busaat.az APA-ya istinadla xəbər verir ki, sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Layihə çərçivəsində nümayiş olunan ekspozisiya “IDEA” (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir.

Ətraf mühitin mühafizəsi mövzusunda açılan “Öz töhfəni ver!” sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və “IDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.

Leyla Əliyeva ölkəmizin ev sahibliyi etdiyi COP29-da Azərbaycanda aparılan işlər nəticəsində bir çox müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti son dövrlərdə planetimizdə iqlim dəyişiklikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, hava, torpaq, suyun çirklənməsinin bir sıra mənfi təsirlərindən danışıb. Leyla Əliyeva iqlim dəyişikliyi və çirklənmə məsələsinin, həmçinin Azərbaycanın ekosisteminə ciddi təsir göstərdiyini bildirib, mövcud problemlərin həllinə çox nikbinliklə və kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. O, 2011-ci ildə təsis edilmiş “IDEA” İctimai Birliyinin fəaliyyətinin məhz ətraf mühit problemlərinin həllinə yönəldiyini də qeyd edib.

Sonra çıxış edən türkiyəli rəssam Seval Özcan möhtəşəm beynəlxalq sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, təbiətin insanlara deyil, insanların təbiətə ehtiyacı var və dünyamız bu gün böyük təhlükə altındadır. S.Özcan bu cür çətinliklərin olduğu bir dövrdə Bakıda iqlim dəyişikliyi ilə bağlı təşkil edilən tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya tədbir iştirakçılarına videomüraciətində iqlim dəyişmələrinin qarşısını almaq və daha yaşıl dünyaya nail olmaq məqsədilə göstərdiyi qlobal səylərə, iki layihənin ərsəyə gəlməsinə görə Leyla Əliyevanın rəhbərliyi ilə “IDEA” İctimai Birliyinə, həmçinin Heydər Əliyev Fonduna və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasına təşəkkürünü bildirib.

“Bu iki sərgi “Gələcək Naminə Pakt”da əks olunmuş üzv dövlətlərin öhdəliyi, COP29 müzakirələrin əsas mövzusunu təşkil edəcək işlər ilə həmahəngdir. Həmçinin bu sərgilər qəlbimə xüsusən bağlıdır, çünki onlar incəsənət, texnologiya və ətraf mühit öhdəliyinin kəsişən məqamlarını əks etdirir. Bizi düşündürən bu cür işlər laqeydliyin fəsadlarını xatırladır və hər tamaşaçını planetimizdə carçı rolunda düşünməyə vadar edir. Həmin sərgilər bizi hərəkətə səsləyir və hamımızı seçimlərimizin təsiri, eləcə də gələcək nəsillərə hansı mirası qoyacağımız barədə düşündürür”, – deyə Tatyana Valovaya videomüraciətində qeyd edib.

Sonra qonaqlar MAMA “Ana təbiət” və “Öz töhfəni ver!” sərgilərinə baxış keçiriblər.

image-6736e0ca9421c6736e0ca9421d17316497386736e0ca942196736e0ca9421b image-6736e0ca7f2226736e0ca7f22317316497386736e0ca7f2206736e0ca7f221 image-6736e0fdcdd376736e0fdcdd3817316497896736e0fdcdd356736e0fdcdd36 image-6736e0ca6df6f6736e0ca6df7017316497386736e0ca6df6d6736e0ca6df6e image-6736e0cad385c6736e0cad385d17316497386736e0cad385a6736e0cad385b image-6736e0cab5dfe6736e0cab5dff17316497386736e0cab5dfc6736e0cab5dfd image-6736e1259686a6736e1259686b17316498296736e125968686736e12596869 image-6736e0ca892d46736e0ca892d517316497386736e0ca892d26736e0ca892d3 image-6736e0ca637636736e0ca6376417316497386736e0ca637616736e0ca63762 image-6736e0fd95ee36736e0fd95ee417316497896736e0fd95ee16736e0fd95ee2 image-6736e0caaaa5f6736e0caaaa6017316497386736e0caaaa5d6736e0caaaa5e image-6736e0ca9eeed6736e0ca9eeee17316497386736e0ca9eeeb6736e0ca9eeec

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki