Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft93.19 $▼5.24%
  • WTI neft87.34 $▼4.35%
  • Avropa qazı (TTF)86.54 €▲0.15%
  • Təbii qaz (ABŞ)3.220 $▲6.52%
  • Qızıl4 114 $▼0.46%
  • Gümüş52.86 $▼0.48%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin74 521 $▼0.27%
  • Ethereum2 118 $▼0.32%
  • S&P 5007 546▲2.32%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

2 ay əvvəl 2 şirkət yaratdı, 64 minlik tenderi uddu - Yeni MMC-lər kimindir?

image-1664873085_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı tərəfindən keçirilən 2 tender müsabiqəsinin (Kotirovka sorğuları) qalibləri “Regıon-LD.2022” MMC (VÖEN-1805932851) və “Bugat-N.P” MMC (VÖEN – 1805932981) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Regıon-LD.2022” MMC Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatına 39 min 451 manat dəyərində nəqliyyat vasitələri üçün ehtiyat hissələri, “Bugat-N.P” MMC isə 24 min 871 manat 40 qəpik dəyərində sanitariya-gigiyena malları satacaq.

Məlumat üçün bildirək ki, hər 2 tender müsabiqəsi 16.09.2022-ci il tarixində elan olunub. Qalib gələn hər 2 şirkət cəmi 2 ay əvvəl eyni gündə – 22.07.2022-ci il tarixində dövlət qeydiyyatına alınıblar.

Maraqlıdır ki, hər 2 şirkət eyni ünvanda (Sabunçu rayonu, Bakıxanov ŞTQ, Muxtar Fətəliyev pr., ev 35, m. 17), eyni nizamnamə kapitalı ilə (20 manat) dövlət qeydiyyatına alınıblar. Hər 2 MMC-nin qanuni təmsilçisi də eyni şəxs – Piriyev Nurbala Ali oğlu olub.

“Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86954