image-busaat_banner_768x90
image-busaat_banner_1200x75

20 Yanvar günü 7 dost “BTR”lərin qarşısını belə kəsmişdi – VİDEO

image-1642665200_bakida_sovet_qoshunlari-1backend

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdi.

Busaat.az xəbər verir ki, həmin qanlı gecə zamanı Bakıda 7 dost hərbi texnikanın qarşısına keçərək xüsusi şücaət göstərmişdi.

TNT şirkətinin Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə hazırlanmış sənədli filmdə şücaət göstərmiş şəxslərdən biri hadisə ilə bağlı danışıb.

Anar Qəribov adlı vətəndaşımız həmin gecə ilə bağlı bunları deyib: “Həm həyəcandan, həm də qorxudan əsgərin üstünə qışqırmağa başladım. Rus dilində ona “atəş aç” deyə qışqırırdım. Bir də gördüm ki, sağ və sol tərəfdən qoluma girdilər. 7 nəfər dostlarım idilər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90