2022-ci il Britaniyanın “ən isti ili” kimi tarixə düşəcək

image-56ba59a6ef871ea3eb397942a3dfe875backend

Britaniyanın milli meteorologiya xidməti Met Office, 2022-ci ilin ölkə üçün ən isti il olduğunu bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Met Office 2022-ci il üçün hazırlanan məlumatları öz saytında dərc edib.

Məlumatda, ölkədə 139 illik orta temperatur rekordlarının qırıldığı və 2022-ci ilin ən isti il olduğu bildirilib.

İngiltərənin mərkəzi hissəsində temperatur 2022-ci ilin dekabr ayı istisna olmaqla, ilin hər ayı əvvəlki illərin orta səviyyəsindən yuxarı olub.

Ölkədə ilk dəfə yayda 40 dərəcəni keçən temperatur həyatı iflic edib.

Uels 37,1 dərəcə Selsi maksimum temperatur rekordu, Şotlandiya isə 34,8 dərəcə Selsi ilə yeni rekorda imza atıb.

Rekord temperaturla yanaşı, 2022-ci il üçün ən diqqət çəkən məqamlardan biri də quru iqlim şəraiti olub.

Yanvarın əvvəli və fevralın sonundakı qısa dövrlər istisna olmaqla, Britaniyada ümumi yağıntıların səviyyəsi il ərzində yaşanan orta səviyyədən aşağı düşüb.

2022-ci il üçün yekun rəqəmlər ilin sonunda açıqlanacaq.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90