Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft109.91 $▲0.18%
  • WTI neft100.75 $▼0.04%
  • Avropa qazı (TTF)94.96 €▼1.18%
  • Təbii qaz (ABŞ)2.977 $▼1.98%
  • Qızıl4 053 $▲0.58%
  • Gümüş54.25 $▲0.92%
  • Pambıq78.95 ¢▼0.20%
  • Buğda614.25 ¢▼0.04%
  • Bitcoin80 193 $▲0.23%
  • Ethereum2 327 $▲0.28%
  • S&P 5007 696▲0.25%
19°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Turizm

2024-cü ildə dünya üzrə 1,4 milyard insan səyahət edib 

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Busaat.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Turizm Təşkilatı 2024-cü ildə dünya üzrə 1,4 milyard insanın ölkələr arasında səyahət etdiyini və bu rəqəmlə beynəlxalq turizm sektorunun tarixinin ən pis böhranı olan “Covid-19” pandemiya dövrünü (2020-2021) geridə qoyduğunu açıqlayıb.

Qərargahı İspaniyanın Madrid şəhərində yerləşən BMT-nin Ümumdünya Turizm Təşkilatından verilən açıqlamaya görə, 2024-cü ildə 1,4 milyard insan beynəlxalq səyahətə çıxıb. Bununla da əvvəlki illə müqayisədə 11 faiz (təxminən 140 milyon çox) artaraq pandemiyadan əvvəlki rəqəmlərə qayıdılıb.

“Covid-19” epidemiyasından əvvəl 2019 və 2024-cü illərin rəqəmlərinin müqayisəsinə görə, ziyarətçilərin ən yüksək artımı Orta Şərq, Avropa və Afrikada qeydə alınıb.

Keçən il Orta Şərqə 95 milyon insan (2019-cu illə müqayisədə 32 faiz çox), 74 milyon insan Afrikaya (7 faiz çox) və 747 milyon insan Avropaya (1 faiz artım) səfər edib.

Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili bununla bağlı açıqlamasında deyib:

“Qlobal turizm 2024-cü ildə, pandemiyadan sonrakı özünə gəlmək prosesini başa çatdırdı. Keçən ilki məlumatlarda 2019-cu ilə nisbətən turistlərin gəlişi və xüsusən də gəlirlər bir çox yerlərdə daha yüksəkdir”.

Pololikaşvili vurğulayıb ki, onlar dünya turizmində güclü tələbatdan irəli gələn artımın 2025-ci il ərzində davam edəcəyini gözləyirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156755