2706 şəhidin ailə üzvüylə görüş keçirilib

2706 şəhidin ailə üzvüylə görüş keçirilibbackend

“Bu günə qədər 96 ödəniş həyata keçirilib”.

Busaat.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu ödənişlər üçün 920 min 72 manat 14 qəpik zəruri ödənişə ehtiyac olub. Bunun 883 278,49 manatı “YAŞAT” fondu tərəfindən qarşılanıb. Aidiyyatı təşkilat tərəfindən qarşılanan məbləğ isə 36 793,65 manat olub.

Ü. Mehdiyev bildirib ki, qeydə alınmış mürəciətlər əsasında 2706 şəhidin 11 min 192 nəfər ailə üzvüylə görüş keçirilib: “Həmçinin 81 nəfər ağır yaralı ziyarət olunub. 2787 şəhid və yaralımızın 1483 ailə üzvünün probleminin həll olunmasına qərar verilib. Bu, bizə olunan müraciətlərin 55 faizidir”.

Onların 37, 7 faizinin məişət şəraitinin yaxşılaşdırılması, 37,4 faizi tibbi xərclər, 16, 5 faizi isə borcların qarşılanması və təhsil xərcləri ilə bağlıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90