Adı açıqlanmayan keçmiş CİA agenti həm yadplanetliləri gördüyünü, həm də yadplanetlilərin gəmilərinin hissələrini və qalıqlarını götürdüyünü iddia edib.
Busaat.az xəbər verir ki, ölüm yatağında olan CİA agenti 51-ci sahənin mövcud olduğunu etiraf edərək, yerdən kənar kosmik gəmi və canlı bir yadplanetlini gördüyünü bildirib.
The Daily Star-ın xəbərinə görə, agent, ’51-ci Zona” adlanan, yadplanetlilərin və UFO-ların gizləndiyi iddia edilən əraziyə daxil olduğunu və kəşfiyyat xidmətindəki mövqeyinin ona giriş imkanı verdiyini söyləyib.
Əsl adını açıqlamamaq üçün özünü Agent Kewper adlandıran şəxs 2013-cü ildə ABŞ hökuməti tərəfindən tapıldığı iddia edilən əşyalara baxmaq üçün 51-ci sahəyə aparıldığını iddia edib.
51-ci ərazidə “canlı yadplanetlilər” gördüyünü deyən agent, 1947-ci ilin iyulunda Nyu-Meksiko ştatının Roswell şəhərində qəzaya uğrayan naməlum əşyanın uçan boşqab olduğunu söyləyib: “Bizi 20-25 mil cənuba apardılar. Qarajın müxtəlif qapıları var idi. Burada fərqli uçan boşqablar var idi. İlk qarajda bir Roswell avtomobili var idi və o, məhv edildi. İçəridə bir cütlükdən başqa bütün yadplanetlilər öldü. Roswell gəmisi həqiqətən də qəribə idi, çünki ağır alüminium folqa kimi görünürdü”.
Agent Kewper, boz dərili bir yadplanetlinin ekspertizası ilə tanış olduğunu vurğulayıb: “İnsanlarla müqayisədə bir az daha böyük beyni və çox kiçik bir burnu vardı”.