610 illik məscidi təkərlər üzərində 5 km uzağa köçürdülər…-FOTOLAR+VİDEO
Türkiyənin qədim Hasankeyf şəhərində yerləşən XV əsrə aid qədim türk məscidlərindən biri təkərlər üzərinə qoyularaq yeni bir yerə köçürülüb.
Moderator.az-ın “TRT Haber”ə istinadla verdiyi xəbərə görə, belə bir qeyri-adi tədbir tarixi məscidin qorunması üçün görülüb.
Hasankeyf – Türkiyənin Dəclə çayının sahilində yerləşən ən qədim şəhərlərindən biridir. Çoxsaylı memarlıq abidələri olan bir şəhər İlisu Su Elektrik Stansiyasının istifadəyə verilməsindən sonra suyun altında qalacaq. Dəyərli tarixi obyektləri qorumaq üçün ölkə hakimiyyəti onları yeni bir yerə köçürür.
Dekabrın 17-də XV əsrin əvvəllərində Əyyubilər dövründə inşa edilmiş “Er-Rizk” məscidinin daşınması ilə bağlı işlər aparılıb. Birinci mərhələdə təxminən 610 yaşı olan ibadətgahın 1700 ton ağırlığında olan əsas hissəsi xüsusi avadanlıqlardan istifadə edilərək köçürülüb. Bunu etmək üçün məscidi öz yerindən 4,7 kilometr məsafədə yerləşən Hasankeyf mədəniyyət parkına daşıyan 256 təkərli transportyordan istifadə edilib. Məscidin minarəsi isə ayrıca daşınıb.
Qeyd edilir ki, ərazidəki Zeynal bəy türbəsi, Artuk hamamı və s. kimi digər qədim abidələr eyni qaydada təxminən 5 km məsafədəki “Hasankeyf” parkına köçürülüb.
Loading...